Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Mikayıl Mikayıllının məzarı ziyarət edilib

02 oktyabr 2021 | 04:00

Bu gün Vətən müharibəsində şəhadətə qovuşmuş igidlərdən biri olan Qəbələ rayon Mıxlıqovaq kənd sakini Mikayıllı Mikayıl Miğfər oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılmış və ruhuna dualar oxunmuşdur. Mikayıl Mikayıllının ailəsi mərasim iştirakçıları tərəfindən evində ziyarət edilmişdir. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər