Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Elvin Abdurəhmanovun doğum günü münasibətilə xatirəsi anılmışdır

02 oktyabr 2021 | 02:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən igidlərdən biri- Əmirvan kənd sakini Abdurəhmanov Elvin Əbülfəz oğlunun doğum günü münasibəti ilə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, şəhidin döyüş yoldaşları, təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri onun məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur. Şəhidin valideynləri şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər