Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Elşən Dəmirlinin məzarı ziyarət edilərək xatirəsi anılıb

29 sentyabr 2021 | 16:00

Bu gün Vətən müharibəsində canından keçmiş igidlərdən biri olan Qəbələ rayon Nic qəsəbə sakini Dəmirli Elşən Gündüz oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və Elşən Dəmirlinin təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılmış və ruhuna dualar oxunmuşdur. Şəhid Elşən Dəmirlinin ailəsi mərasim iştirakçıları tərəfindən evində ziyarət edilmişdir. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər