Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidinin ailə üzvlərinə orden və medal təqdim edilmişdir

28 sentyabr 2021 | 07:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Vətən  müharibəsində göstərdiyi igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan şəhid hərbi həkim Aqşin Ənvərlinin ailə üzvlərinə medalların təqdim olunması ilə bağlı tədbir keçirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində keçirilən tədbirdə Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Ənvərli Aqşin Faiq oğlunun ölümündən sonra təltif olunduğu “Azərbaycan Bayrağı” Ordeni və “Vətən uğrunda” medalı ailə üzvlərinə təqdim olunmuşdur. Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər