Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərinin küçə və dalanların asfaltlaşdırılması istiqamətində işlər davam etdirilir

14 sentyabr 2021 | 06:00

Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında  həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları" çərçivəsində respublikamızın bütün bölgələrində, o cümlədən  Qəbələ rayonunda aparılan abadlıq-quruculuq işləri ildən-ilə geniş vüsət alır. Rayonumuzda bu istiqamətdə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Şəhərin daxili küçə və dalanlarının asfaltlaşdırılması istiqamətində Qəbələ şəhər  İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən  M.Məmmədov, Ə.Cavadov, O.Sadıqov, M.Əzizli, K.Kərimov küçələrinə,  U.Musabəyova küçəsində 1 dalan və Heydər Əliyev prostpektində 6 dalana asfalt örtüyü çəkilir.

 

Keçidlər