Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa edilib

08 sentyabr 2021 | 16:00

Qəbələ rayonunun Yeni Dizaxlı kəndində Vətən müharibəsində şəhadətə yüksələn şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub. Kompleksdə Vətən müharibəsində, eləcə də Birinci Qarabağ müharbəsində canından keçərək şəhidlik  zirvəsinə ucalan vətən oğullarının  xatirə lövhələri yerləşdirilib. Açılış tədbirində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, təşkilatların nümayəndələri, şəhidlərin ailə üzvləri və təhsil aldıqları məktəblərin kollektivləri iştirak ediblər. Çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmış və onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər