Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda əhalinin vaksinasiya prosesi uğurla davam edir

26 avqust 2021 | 16:00

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qəbələ rayonunda da əhalinin infeksiya əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Əhalinin vaksinasiya prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Prosesin həyata keçirildiyi Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində sıxlığın qarşısının alınması, əhalinin rahatlığının təmin edilməsi və vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə səyyar həkim briqadaları təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən genişmiqyaslı işlər Qəbələ rayon sakinləri tərəfindən razılıqla qarşılanır və onlar buna görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər