Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə şəhidin ailəsinə "Vətən Müharibəsi Qəhrəmanı" medalı təqdim edilmişdir

18 avqust 2021 | 16:00

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli sərəncamı ilə Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif edilmiş Qəbələ rayonu Əmirvan kənd sakini polkovnik-leytenant Abdurəhmanov Əfqan Ağasəf oğlunun ailəsinə "Vətən Müharibəsi Qəhrəmanı" medalı təqdim edilməsi ilə bağlı Qəbələ Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər. Öncə Vətən müharibəsi zamanı həlak olmuş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa, şəhid valideynlərinə səbr dilənmişdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş polkovnik-leytenant Əfqan Abdurəhmanovun keçdiyi döyüş yolundan və şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğıdan söz açmış, ölkə Prezidentinin sərəncamı ilə təsis edilmiş "Vətən Müharibəsi Qəhrəmanı" medalı şəhidin oğluna təqdim etmişdir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər