Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Mədəniyyət Mərkəzində Milli Qəhrəman General-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

14 iyul 2021 | 16:00

Qəbələ Mədəniyyət Mərkəzində 14 iyul 2021-ci il tarixdə Tovuz döyüşlərində qəhrəmançasına həlak olmuş, Azərbaycanın Milli Qəhrəmanı General-mayor Polad Həşimovun xatirəsinə  həsr olunmuş  tədbir  keçirilmişdir. Mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələrinin  iştirak etdiyi tədbirdə çıxış edənlər təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğundan, 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən və Azərbaycanın Milli Qəhramanı Polad Həşimovun keçdiyi şərəfli döyüş yolu haqqında  danışmışlar.  Sonda Qəbələ Mədəniyyət Mərkəzi Xalq teatrının üzvlərinin ifasında şəhidlərə həsr edilmiş ədəbi-bədii kompozisiya dinlənilmiş, rəsm sərgisinə baxış keçirilmişdir.

 

Keçidlər