Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Ruslan İdrisovun doğum günü münasibətilə xatirəsi anılmışdır

06 iyun 2021 | 16:00

Bu gün vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalmış Qəbələ gənclərindən biri - Qəmərvan kənd sakini İdrisov Ruslan Qabil oğlunun doğum günüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, şəhidin  təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri şəhid Ruslan İdrisovun məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.
Şəhidin valideynləri şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər