Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid mayorun anım günü qeyd edilmişdir.

05 mart 2021 | 16:00

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin - Bunud kənd sakini, mayor İsmayılov Natiq Əjdər oğlunun doğum günüdür.
Qəbələ rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, şəhidin  təhsil aldığı kənd məktəbinin kollektivi və ailə üzvləri şəhid mayorun məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoyaraq, xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxunmuşdur.
Şəhidin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər