Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Karantin rejimi ilə bağlı ticarət və digər obyektlərdə maarifləndirmə tədbirləri və reydlər davam etdirilir.

22 noyabr 2020 | 10:00

21 noyabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilib. Mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ticarət, ictimai-iaşə obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə işi aparılaraq Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirilib. Reydlər zamanı sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 80 ticarət obyektinə və 67  digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir.  1  dünyasını dəyişmiş mərhumun ailəlsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına 9 nəfər rayon sakininə və 3 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Bu istiqamətdə maarifləndirmə tədbirləri müntəzəm olaraq davam etdirilir.

Keçidlər