Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.

18 noyabr 2020 | 16:00

18 noyabr 2020-ci il tarixində rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ticarət, ictimai iaşə və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə uyğun olaraq bütün obyektlərdə işçi heyətinə sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik qaydalara əməl edilməsi və tibbi maskalardan istifadə etmənin vacibliyi barədə ətraflı məlumatlar verilmişdir. Gün ərzində ümumilikdə 72 ticarət obyektinə və 75 digər obyektlərə baxış keçirilib. Karantin qaydalarını pozduğu üçün 3 nəfər  rayon sakini, 4 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdiriləcək.

Keçidlər