Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qəbələdə səfərdə olmuşdur.

31 iyul 2020 | 09:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda  səfərdə olub. Dövlətimizin başçısı ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Sonra Ölkə Prezidenti Qəbələdə inşa edilmiş modul tipli xəstəxana kompleksində yaradılmış şəraitlə, rayonun Əmirvan-Vəndam avtomobil yolunun yenidənqurmadan sonrakı vəziyyəti və  Bum-Tikanlı-Abrıx avtomobil yolunun ikinci kilometrliyində Bum çayı üzərindəki  yeni körpünün tikintisi  ilə tanış oldu. Daha sonra ölkə başçısı Vəndam qəsəbəsində doğulmuş şəhid general-mayor Polad Həşimovun qəhrəmanlığından danışdı  və onun xatirəsinin əbədiləşdirilməsi  barədə müvafiq tapşırıqlar verdi.

Keçidlər