Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə elə bir zərbə vurulmuşdur ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar”.

18 iyul 2020 | 03:00

İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan dünyaya bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bu dəfə atışmanın həmişəki kimi təmas xəttində, Dağlıq Qarabağda deyil, cəbhəyanı sərhəddə,Tovuz istiqamətində baş verməsi təsadüfi deyildi. Ermənistan iki ölkə sərhəddində daha bir münaqişə ocağı yaratmaq istəyirdi. Lakin  bizim müasir silahlarla təmin olunmuş, güclü, düşmənin hər bir hucumunun qarşısını almağa qadir olan ordumuz var. Məhz, belə bir ordunun, onun peşəkar zabit və əsgərlərinin,  polad iradəli, gecəsini gündüzünə qataraq, Azərbaycanı dünyaya tanıdan Ali Baş Komandanının  sayəsində düşmən qarşısına qoyduğu məqsədə nail ola bilmədi, layiqli cavabını alaraq geri çəkilməyə məcbur oldu. Ayıq-sayıq, cəsur döyüşçülərin  əks hücumu ilə  düşmənin uzunmuddətli atəş nöqtəsi,artilleriya diviziyasının idarəetmə məntəqəsi, müxtəlif təyinatlı hərbi texnikaları, döyüş vasitələri, müdafiə ehtiyatları və canlı qüvvələri məhv edildi. Atəşkəsin pozulması məsuliyyətinin bütünlüklə erməni işğalçıları  tərəfində olduğu əyani şəkildə sübüt olduğuna görə,  Azərbaycan Ermənistanın məsuliyyətə cəlb olunması üçün bütün Beynəlxalq təşkilarlara müraciət etdi. Dövlət başçısının qeyd etdiyi kimi, bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Əgər istəsəydik Ermənistanın müəyyən torpaqlarını zəbt edərdik. Buna ordumuzun gücü çatardı. Təəssüf ki, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusu da itkilər verdi,76 yaşlı dinc sakin Əziz Əzizov evində öldürüldü,yaşayış evlərinə xeyli ziyan dəydi. Biz bu döyüşdə zabitlərimizi, gənc hərbi qulluqçularımızı,əsgərlərimizi itirdik. Allah hər birinə rəhmət eləsin, əmin-arxayın uyusunlar. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar. (statın sonu) Biz qəbələlilər üçün qürurverici haldır ki, vətən uğrunda canından keçən, Azərbaycan Ordusunda sayılıb seçilən, 2016 ci il aprel döyüşlərində, Lələtəpə yüksəkliyinin ələ keçirilməsində xususi xidməti olan, Azərbaycan hərb tarixinə fədakar xidməti ilə əbədiyaşar imzasını qoyan , igid komandir, General - mayor Polad Həşimov Qəbələ  torpağının yetirməsidir. O, orduda xidmətlərinə görə yüksək dövlət ordeni ilə təltif edilmişdi.  Bu döyüşlərdə qəbələli bir zabitimiz Kərimov Təbriz Əjdər oğlu isə yaralanaraq hərbi hospitala yerləşdirilmişdir. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək ( Nazirlər Kabinetinin 2020-ci ilin 1-ci yarımilinin sosial-iqtisadi inkişafının  yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışından) “Bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır.Düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. O cümlədən onların postu və bütün infrastrukturu yox edilmişdir. Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir.Son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən düşməndən  azad olunmuş və işğalçılar o bölgələrdən qovulmuşdur”. Belə gərgin məqamda xalqımız da milli həmrəylik göstərdi. Hər kəs erməni təcavüzünə qarşı etiraz səsini ucaltdı, hücuma məruz qalmış kəndlərin əhalisi yaşayış yerlərini tərk etmədilər, paytaxtda orduya dəstək yuruşu keçirildi, gənclər hər an döyüşə hazır olduqlarını, Ali Baş Komandanın döyüş əmrini gözlədiklərini bəyan etdilər. Amma ,nə yazıq ki,gərginlikdən istifadə edən, sapı özümüzdən olanlar da başlarını qaldırdılar. Sosial şəbəkələrdə,əhali arasında heç bir əsası olmayan, təxribat xarakterli məlumatlar  yayanlar da oldu, xaricdə, evində rahat oturub min budaq silkələyənlər,xalqı azadlıq meydanına səsləyib təxribata sürükləyənlər də. Anlayırıq,övladlarımız şəhid olur,dinc əhali öldürülür,vətənimiz dağıntıya məruz qalır. Hər gün həyacanlı xəbərlər alırıq.  Amma,nəzərə alaq ki, zərüri görülməli bütün tədbirlər dövlət tərəfindən həyata keçirilir,görülmüş tədbirlər barəsində əhaliyə müntəzəm məlumatlar verilir, videoçarxlar təqdim edilir. Gəlin,belə çətin, gərgin, həyacanlı məqamda ayıq olaq, həqiqəti anlayaq,yalnız dövlət orqanlarının, Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad edək, ağı qaradan seçməyi bacaraq,təxribatlara uyaraq ölkədə çaşqınlıq yaratmayaq, düşmən dəyirmanına su tökməyək, respublikanın  müdafiə qabiliyyətinə xələl  gətirəcək addımlar  atmayaq, dövlətimizə, rəhbərimizə dəstək olaq. Satqınlara uyub,hadisələr törətməyək.düşmənə sevinmək üçün rəvac verməyək. Şəhidlərimiz bizim azadlığımız uğrunda qanlarını üzərinə tökdükləri vətən torpagına tapşırılan gün bir qrup təxribatçı yürüş adı altında Milli Məclisə basqın edir,dağıntıya yol verərək vətəni “qorumağa “getmək istəklərini bəyan edirlər.Dərk etmirlər ki.Qarabağa gedən yol Milli Məclisdən keçmir. Bir məsələni də unutmayaq ki, pandemiyanın kütləvi yayıldığı zamandır,karantin rejimindəyik.Kütləvi halda,qorunmadan ,sıx təmasda küçələrə axışmağın nəticəsi bizi ciddi narahat etməlidir. Vətənimizi,ailəmizi, ən nəhayət, özümüzü seviriksə,qanunlara əməl etməli,dövlətimizi dəstəkləməli,şəhidlərimizin ruhuna hörmətlə yanaşmalıyıq. İnanmalıyıq ki, Ordumuz, dövlətimiz güclüdür və düşmənimiz heç zaman öz məkrli niyyətlərini həyata keçirməyə nail olmayacaq.

Sədaqət Bayramova

Qızıl Aypara Cəmiyyətinin Qəbələ Rayon Bölməsinin sədri 

Keçidlər