Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində xüsusi karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.

16 iyul 2020 | 12:00

15 iyul 2020-ci il tarixində Qəbələdə koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı həyata keçirilən reydlər davam etdirilmişdir. Reyd zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmışdır. Sosial məsafənin qorunması və qapalı məkanlarda, xüsusən ticarət və ictimai iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı sosial məsafəsini saxlamaları, bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi dövrü üçün müəyyən etdiyi qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur. Gün ərzində 55 ticarət obyektinə və 57 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunması ilə əlaqədar vətəndaşların maarifləndirilməsi tədbirləri davam etdirilir.

 

 

Keçidlər