Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir.

14 iyul 2020 | 12:00

13 iyul 2020-ci il tarixində Qəbələ rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrupların üzvləri tərəfindən izahetmə və xəbərdarlıq işləri davam etdirilmişdir. Mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara koronavirusa yoluxma riskinin azaldılması üçün tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 53 ticarət obyektinə və 44 digər obyektə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin infeksiyanın yayılmasına səbəb olduğu üçün keçirilməməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq karantin qaydalarına ciddi riayət olunmasını təmin etmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər