Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur.

14 iyul 2020 | 10:00

Hər kəsin bildiyi kimi dünyanı cənginə alan koronavirus(COVİD-19) pandemiyasının təsir etmədiyi bir ölkə belə qalmayıb. Dünya dövlətləri, inkişaf etmiş ölkələr belə bu virusla mübarizə aparmaqda çətinlik çəkir. Demək olar ki,pandemiya bütün ölkələrin iqtisadiyyatını iflic vəziyyətə salıb. Ölkələr sərhədlərini bağlayıb, bir-birinə qonşu olan dövlətlər, yaxın təşkilatlar bu məsələ ilə bağlı müxtəlif fikirlərə, baxış bucaqlarına malikdirlər. Hərə öz problemini ayrılıqda həll edir. Bu şəraitdə hər bir ölkə öz daxili resurslarına arxalanaraq vətandaşlarını qorumağa çalışır. Məhz pandemiyanın Azərbaycan iqtisadiyyatına, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə başçısı cənab prezident İlham Əliyev martın 19-da sərəncam imzaldı və bu istiqamətdə uğurlu addımlar atıldı. Qısa müddət ərzində və vaxtında verilmiş qərarlar nəticəsində böhran dərinləşməmiş bir çox sahələrdə mümkün itkilərin qarşısının alınması mümkün oldu. Pandemiya dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəqəmsal platformada  fəaliyyətini daha da genişləndirdi. Rəqəmsal platformada fəaliyyətin genişləndiriməsi işləri mütəmadi olaraq davam etdirilir. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən insanların sağlamlığını qorumaq məqsədilə  bütün görüşlər virtual şəkildə keçirildi. Bu baxımdan ölkə başçısının beynəlxalq səviyyədə  video-konfras vasitəsilə keçirdiyi zirvə görüşləri xüsusi əhəmiyyət kəsb edir. BMT səviyyəsində Prezident İlham Əliyevin virtual formatda keçirdiyi tədbir isə bir yenilik idi.    Pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı kimi çıxış edərək BMT-yə texniki sahədə də dəstək verməyə hazır olduğunu bildirmişdir. Artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur, sadəcə siyasi istək və iradə olmalıdır. İndiki anda bütün dövlətlərdən çeviklik, kompromis ruhunda əməkdaşlıq tələb olunur. Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzvlərinin üzərinə düşür. Ümidvarıq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti bu pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək.

Keçidlər