Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı maarifləndirmə işləri davam etdirilir.

12 iyul 2020 | 16:00

12 iyul 2020-ci il tarixdə Qəbələdə karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbir görmək üçün reydlər davam etdirilmişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar ictimai iaşə, ticarət və digər obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Aparılmış reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi diqqətlərinə çatdırılıb. Gün ərzində 52 ticarət obyektinə və 66 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Rayon ərazisində koronavirus infeksiyanın geniş  yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Keçidlər