Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

ATƏT-in Minsk qrupunun qətiyyət göstərməsinin vaxtı gəlib çatıb.

11 iyul 2020 | 02:00

Bu gün dünyada “güclü haqlıdır” məntiqinin işlədiyini nəzərə alaraq,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin siyasi, iqtisadı və hərbi qüdrətinin davamlı şəkildə gücləndirilməsi xəttini götürmüşdür. Yalnız bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun ədalətin bərpasına istiqamətlənmiş siyasətinin formalaşması öz həllini tapa bilər. Hal-hazırda isə bu qurumun fəaliyyəti sanki münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir.  Bu gün münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilmir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər. 6 iyul 2020-ci il tarixdə Azərbaycan Televiziyası, İctimai Televiziya və Xəzər Televiziyasına verdiyi müsahibədə dövlətimizin başçısı İlham Əliyev Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdən münaqişənin tənzimlənməsi məsələsində ziddiyyətli mövqelər ortaya qoyduğunu və bunun acı təəssüf hissi doğurduğunu vurğulayıb.   Ölkə Başçısı bu məsələləri vurğulamaqla,   Minsk qrupunun həmsədrlərinə bildirmək istəyir ki, onlar ünvanlı bəyanatlar versinlər, ilk növbədə, Paşinyanın bu son məsuliyyətsiz və danışıqlar prosesinə pozucu təsir göstərən mövqeyinə münasibət bildirsinlər, bəyanatlarında bu məsələləri qeyd etsinlər.       Bir məqamın da üzərində dayanmağa dəyər ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq kürsülərdə çıxışlarında qeyd edib ki, Ermənistanda despotik, orta əsrlərə məxsus bir rejim hökm sürür və bu rejimdən ən çox əziyyət çəkən də elə erməni xalqıdır.   Bu gün Ermənistanda demokratiya pərdəsi altında insan hüquqları kobud şəkildə pozulur, siyasi rəqiblərə qarşı təzyiq, təhdid dili ilə danışılır, onlar həbsxanalara salınır və artıq Ermənistanda nifrət dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ermənistandakı diktatura rejimi siyasəti və demokratiyanın ayaqlar altına atılıb tapdalanması məsələsi indi Avropa Şurası səviyyəsində gündəmə gəlib. Prezident İlham Əliyev bütün bunları söyləməklə həm də ATƏT-in baş katibi Tomas Qremingerə belə bir antidemokratik rejim formalaşdıran, həmçinin öz siyasi opponentlərinə qarşı belə cəza mexanizmlərini həyata keçirən hökumətin rəhbəri ilə danışmağın nə qədər çətin və mürəkkəb olduğunu çatdırdı. Dövlətimizin başçısı həm də Ermənistan rəhbərliyinə ciddi bir mesaj ünvanladı ki, danışıqlar prosesi pozulursa buna görə məsuliyyət onların üzərinə düşür. Bu, çox ciddi mesajdır. Bunun mənası odur ki, Azərbaycan dövləti . Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi siyasətinə sadiqdir. Biz sülh danışıqlarına üstünlük veririk.  BMT Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, ərazisi təcavüzə uğrayan bir dövlətin xarici hərbi müdafiə hüququ var. Bəli, biz həmin 51-ci maddəni istifadə edib öz ərazi bütövlüyümüzü hərbi yolla da təmin edə bilərik. Eyni zamanda, BMT nizamnaməsinin 25-ci maddəsinə görə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası icbaridir. Ermənistan isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymur. Ermənistana ATƏT-in Minsk qrupu çərçivəsində müəyyən təzyiqlərin göstərməsinə ümid bəsləyirik və buna inanmaq istəyirik. Çünki belə olmayacağı təqdirdə hadisələr ən arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. Eyni zamanda, Ermənistan dörd il bundan öncə aprel döyüşlərində üzləşdiyi acınacaqlı vəziyyətlə, yəni, biabırçı məğlubiyyətlə üz-üzə qala bilər. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı mütəmadi olaraq fikirlər səsləndirilir. Bir çox hallarda bu formata Türkiyənin, Almaniyanın və başqa ölkələrin daxil edilməsi təklif edilib. Eyni zamanda münaqişənin tənzimlənməsinin yenidən BMT səviyyəsinə qaldırılması təklifləri gündəmə gəlib. Lakin görünən odur ki, Minsk qrupunun mövcud olduğu 28 il ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı heç bir nəticə əldə edilməyib və format dəyişilməyib. Azərbaycan bu münaqişədən zərər çəkən bir ölkədir. Lakin buna baxmayaraq, biz görürük ki, ATƏT-in Minsk qrupuna daxil olan ölkələr, hansılar ki, özlərini dünyada sülhün carçısı adlandırırlar, praktikada Ermənistana heç bir təzyiq göstərmirlər.  Çünki onlar artıq sözdən əmələ keçməlidirlər. Yəni, işğalçı ilə onun öz dilində danışmaq lazımdır. Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan tərəflərini sülhə, eləcə də kompromisə çağırması normal deyil. Çünki ermənilər Azərbaycan torpaqlarını işğal ediblər və biz əziyyət çəkən tərəfik. Lakin təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanmasında bu obyektivliyi qorumur. Yəni, işğalçı və işğala məruz qalan ölkə ilə eyni dildə danışmaq nə qədər düzgündür? Bu, normal yanaşma deyil. ATƏT-in Minsk qrupunun qətiyyət göstərməsinin vaxtı gəlib çatıb.

Keçidlər