Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Qəbələ Gənclər İnkişaf və Karyera Mərkəzinin könüllüləri pandemiyaya qarşı mübarizədə əhali arasında maarifləndirmə işlərini davam etdirirlər.

10 iyul 2020 | 06:00

Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən pandemiyaya qarşı mübarizə tədbirləri Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında daha da gücləndirilərək mobil qruplar yaradılıb. Mobil qruplara daxil olan Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri və RİH əməkdaşları birgə fəaliyyət göstəriblər. Bu qrupların tərkibində fəaliyyət göstərən könüllülər müəssisə, təşkilat və sahibkarlara məxsus obyektlərdə pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri bir daha sakinlərin diqqətinə çatdırırlar.  Vətəndaşlara qapalı məkanlarda maskadan istifadə etməyin məcburiliyi izah olunur, əks halda tələblərin pozulması hallarına yol verən qurum və cavabdeh şəxslərin cərimələnəcəyi bildirilib.  Bu cür tədbirlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər