Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək.

07 iyul 2020 | 16:00

Bu gün Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması təşəbbüsü dünyanın ən aparıcı media orqanlarında yayılmaqdadır. İlham Əliyevin bu təşəbbüsü dünya mediasının diqqətindədir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi gəlməkdədir. Bu hadisənin çox böyük əhmiyyəti var. Bununla Prezident tək ölkəsinin vətəndaşlarının təhlükəsizliyini deyil, dünyada yaşayan xalqların, dövlətlərin və onların vətəndaşlarına da olan münasibətin göstəricisidir. İlham Əliyev bu məsələdə birbaşa insan foktoruna söykənir. İnsan amilinə xüsusi diqqət ayırır. Bu, bir daha onun insansevərliyinin bariz nümunəsinin göstəricisidir. Nəzərə alsaq ki, bu gün   dünyanın 213 ölkəsində ciddi karantin rejimi hökm sürür. Artıq 7 ay ərzində 11 milyondan artıq insan koronavirusa yoluxub və bu gün dünya üzrə bir günə 200 minə yaxın insan vurusa yoluxur və bu artan xətt üzrə davam edir. Dünya koronavirusla müharibə aparır. Ən dəhşətlisi də odur ki, gözə görünməyən düşmənlə mübarizə gedir. 500 min insan artıq bu pandemiyanın qurbanı olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır: İlham Əliyev bu yaxınlarda öz çıxışında qeyd etdi ki, indiki vəziyyətdə Azərbaycan dövləti koronavirusla mübarizəyə görə 30 dövlətə rəsmi yardım edib. 30 dövlətin tərkibində milyonlarla insan var. Bu bizim xalq üçün qürurvericidir.  Azərbaycan indiki vəziyyətdə heç bir ölkədən, təşkilatdan yardım almadan, həm öz 10 milyonluq vətəndaşını qoruyur, həm də 30 ölkənin milyonlarla vətəndaşına yardım edir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi dünyanı bürümüş pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsi ilə xüsusi sessiyanın keçirilməsi təklifi və təşəbbüsü ilə çıxış etmişdir.Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimad və inamın göstəricisidir.

Keçidlər