Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Operativ Qərargahın tələblərinə uyğun olaraq rayon ərazisində reydlər davam etdirilir.

06 iyul 2020 | 16:00

06 iyul 2020-ci il tarixində rayonda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı  rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və tədbir görmək üçün reydlər aparmışlar. Aparılmış reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, eyni zamanda 36 ticarət obyektinə və 89 digər obyektə baxış keçirilmişdir. 2 nəfər ticarət obyektinin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ayrı-ayrılıqda 100 manat və 2 nəfər ictimai iaşə sahibi isə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Operativ Qərargahın tələblərinə əməl olunması vəziyyətinə nəzarət və vətəndaşların maarifləndirilmə tədbirləri davam etdirilir.

Keçidlər