Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir.

05 iyun 2020 | 07:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə rayonda parklar, küçələr daim təmiz saxlanılır və həftədə bir neçə dəfə dezinfeksiya olunur. Bu gün Qəbələ rayonu ərazisində 4 çoxmənzilli yaşayış binasında, həmin binaların girişlərində və həyətlərində, 6 gündəlik tələbat malları mağazasının giriş-çıxışlarında və ətraflarında, 2 aptekdə, 1 iaşə xidməti obyekti ərazisində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlər davam etdirilir. Həmçinin, müntəzəm olaraq əhali arasında təbliğat xarakterli söhbətlər aparılır, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və sanitar-gigiyena qaydalarına riayət edilməsi tövsiyyə edilir.

Keçidlər