Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“28 May – Respublika günü”nə həsr edilmiş onlayn rəsm müsabiqəsi keçirilmişdir.

23 may 2020 | 04:00

Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “28 May – Respublika günü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında onlayn rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqəyə yeniyetmə və gənclər tərəfindən çəkilmiş 40-dək rəsm əsəri təqdim edilmişdir. Müsabiqənin keçirilməsində məqsəd “28 May – Respublika günü”nün yaranma tarixinə bir daha nəzər salaraq ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və eyni zamanda müsabiqə iştirakçılarının yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdan ibarətdir. Rəsm müsabiqəsinə onlayn baxış keçirilmiş və səs vermə bitdikdən sonra  qaliblər müəyyən olunmuşdur. Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülmüş və qalan iştirakçılar fəal iştirakına görə müəyyən edilmişdir. Rəsm müsabiqəsinin yekunlarına əsasən Nigar Musayeva I yerə, Nazənin Xəlilli və Nəzrin Məmmədova  II yerə,  Rəqsanə Şirinova,  Teyyub Məhərrəmov və  Çinar Abdullazadə III yerə layiq görülmüşlər. Qaliblər karantin bitdikdən sonra Qəbələ rayon Gənclər və İdman idarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

Keçidlər