Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların onlayn qəbulu keçirilmişdir.

15 may 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarı nəzərə alınaraq rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən vətəndaşların onlayn qəbulu keçirilir. Rayon icra hakimiyyətinin inzibati binasında keçirilən belə görüşlərdən biri də mayın 15-də  təşkil olunmuşdur. Onlayn qəbulda  sakinlərin müraciətləri və şikayətləri RİH başçısı tərəfindən dinlənilmiş, araşdırılmış və həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Vətəndaşların məlumatlandırılması məqsədilə daha öncədən Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminə dair təlimatına əsasən rayon icra hakimiyyətinin internet saytında RİH-nin başçısına və icra hakimiyyətinin məsul işçilərinə müraciətlərin elektron qaydada və sutka ərzində daimi işləyən telefon nömrələri vasitəsi ilə həyata keçirildiyi barədə məlumat verilmişdir.

Keçidlər