Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşü qlobal pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.

14 may 2020 | 02:00

Ölkəmiz 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Mayın 4-də Qoşulmama Hərəkatı Təmas qrupunun videokonfrans formatında keçirilən zirvə görüşünə sədrlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti qlobal təşəbbüsü ilə tarix yazdı. Dövlətimizin başçısı zirvə görüşündə Bakıdan dünayaya çağırış edərək “Yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik” deyib. Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləyib. Zirvə görüşündə iştirak edən 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarına BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub. Baş katib bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edib. Müraciətdə vurğulanıb ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Videomüraciətdə habelə   təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçılarının bütün çıxışlarında pandemiya ilə mübarizədə Azərbaycan Prezidentinin bu təşəbbüsü yüksək qiymətləndirilib. Bu, bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Qoşulmama Hərəkatının Təmas Qrupunun zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir. Zirvə görüşündə BMT-nin baş katibinin belə bir görüşə görə ölkə başçısına təşəkkürü Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsinin və uğurlu siyasətinin nəticəsidir. Görüşdə cənab İlham Əliyev dünya ölkələrini pandemiya dövründə səyləri birləşdirməyə, qeyri-qanuni maliyyə axınlarının qarşısının alınmasında  konkret tədbirləri davam etdirməyə, bu məqsədlə əlavə vəsaitləri səfərbər etməyə çağırıb. Qeyd edib ki, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlmək mümkündür. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermiş, ÜST-ə maliyyə yardımı ayırmışdır. Pandemiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi ilə bağlı ölkəmiz  tərəfindən ən çox zərər çəkmiş Qoşulmama Hətəkatı üzvlərinin zəruri ehtiyaclarının qarşılanması üçün ÜST-ə əlavə könüllü maliyyə  dəstəyinin göstərilməsi nəzərdə tutulub. Ölkə başçısının Azərbaycanda infeksiyanın yayılmasına qarşı verdiyi çevik reaksiya sayəsində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə işləri təmin edilib. Kütləvi informasiya vasitələri infeksiyadan qorunmaq istiqamətində əhali arasında geniş maarifləndirmə işləri aparıb,  vətəndaşlara sosial məsafə kimi tədbirlərin önəmi geniş izah edilib. Koronavirus xəstələrinin müalicəsi məqsədilə ölkədə 20-dən artıq xəstəxana ayrılıb, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, tibb avadanlıqları və ləvazimatlar gətirilib. Ölkədə  iqtisadi və maliyyə sabitliyini, məşğulluqla bağlı problemləri həll etmək üçün 3.5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketi qəbul olunub. Dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bu çətin dönəmdə Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər. ÜST Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir etməsi, təşəkkür məktubu ilə koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü vurğulaması bir daha dövlətimiz onun sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını isbat edir. Cənab İlham Əliyevin sədrliyi ilə aprelin 10-da COVID-19 pandemiyası ilə birgə mübarizə tədbirlərinə həsr olunan Türk Şurasının  fövqəladə zirvə videokonfransı da türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi yönündə yeni uğur və önəmli addım idi. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş  Zirvə görüşünü keçirib. Görülən işlər nəticəsində bu gün Türk Şurası çərçivəsində 3 istiqamət üzrə - səhiyyə, nəqliyyat və iqtisadiyyat sahəsində əməkdaşlıq münasibətləri yaranıb. Dünyanı bürüyən pandemiya ilə mübarizədə türk dövlətlərinin təkcə bir-birilərinə yox, həm də digər ölkələrə kömək etməsi, birlik, həmrəylik nümayiş etdirməsi daha böyük dəyərlərə sahib olduqlarını nümayiş etdirdi. Bu təşəbbüsün Azərbaycandan gəlməsi isə onun hüdudlarından uzaqlarda yaşayan hər bir soydaşımızı qürurlandırır. Hər iki zirvə göstərdi ki,  şura sədri olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev fövqəladə şəraitdə də öz vəzifəsini lazımınca yerinə yetirir və bu  bütün dünya üçün örnək ola biləcək birlik və eyni zamanda etibarlı əməkdaşlıq nümunəsidir. COVİD-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli zirvə görüşündə 18 bənddən ibarət bəyannamə qəbul edilib. Sənəddə hərəkat üzvlərinin müxtəlif sahələr üzrə bir-birinə dəstəyi öz əksini tapıb. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin növbəti qlobal təşəbbüsü pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı əməkdalığı daha da dərinləşdirəcəkdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü onun əsas qayəsinin qlobal pandemiya ilə mübarizə məqsədilə beynəlxalq həmrəyliyi daha da möhkəmləndirmək, dünya dövlətlərini bu məqsdlə birliyə dəvət etmək bəşəriyyəti bu dəhşətli bəladan xilas etmək üçün onları bir araya gətirməkdə olduğununun, habelə  Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.

Keçidlər