Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət idarəçiliyi istiqamətində islahatlar aparılır.

12 may 2020 | 16:00

Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların  fəaliyyətini yüksək dəyərləndirib. Cənab İlham Əliyev çıxışlarında ölkədə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağı, dövlətin, xalqın maraqlarına zidd addım atan məmurların cəzalandırılacağı haqda dəfələrlə sərt xəbərdarlıqlar edib. Prezidentin bu məsələyə dəfələrlə  toxunması korrupsiyaya qarşı qəti mövqeyinin ifadəsidir. Lakin ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, bəzi vəzifəli şəxslər öz vəzifələrinə çox məsuliyyətsiz yanaşdıqlarına görə  özləri və tabeliklərində olan şəxslər korrupsiya faktları ilə məsuliyyətə cəlb edilib. Xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşa ayrılan dövlət dəstəyinin mənimsənilməsi qəbuledilməz haldır. Bu məsələlər cənab Prezidentin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsinin təyin edilməsi də Azərbaycanda Korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. Cənab İlham Əliyevin bütün sahələri əhatə edən, yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirdiyi inqilabi islahatlar xalq tərəfindən güclü dəstəklənir. Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır. Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır! Bu istiqamətdə Prezidentin həyata keçirdiyi islahatlar, verdiyi tövsiyə və tapşırıqlar rayon icra hakimiyyəti tərəfindən rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatra, inzibati ərazi nümayəndəliklərinə, bələdiyyələrə onlayn formada göndərilmiş və bir daha bu tapşırıqlara ciddi şəkildə riayət edilməsi bildirilmışdir.

Keçidlər