Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Pandemiyaya qarşı profilaktika məqsədilə Operativ Qərargahın qaydalarına riayət etmək tövsiyə olunub.

02 may 2020 | 04:00

Koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan mübarizə tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən tərtib edilən qrafikə əsasən Qəbələ şəhərinin küçə və prospektlərində, səki və meydanlarında, yaşayış binalarında və həmin binaların ətrafında, park və xiyabanlarında pandemiyaya qarşı gündəlik olaraq sanitar-profilaktik və dezinfeksiya işləri həyata keçirilir. Növbəti sanitar-dezinfeksiya işləri mayın 1-də şəhərin Həzi Aslanov küçəsində, 2 gündəlik tələbat malları mağazasında və həmin obyektlərin ətraflarında, 1 müəssisədə və rayonun Nic qəsəbəsində təşkil olunub. Karantin rejimi ilə əlaqədar həmin gün rayon icra hakimiyyəti tərəfindən aztəminatlı ailələrə və  tənha yaşayan yaşlı insanlara da ərzaq yardımı göstərilib. Eləcə də əhalinin maarifləndirilməsi ilə bağlı sakinlərə şəxsi gigiyena qaydalarını gözləmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara riayət etmək tövsiyə olunub.

Keçidlər