Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü qeyd edilib.

27 fevral 2020 | 07:00

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə məktəblilərin Xocalı faciəsinə həsr etdikləri “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı sərgi ilə tanış olublar. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan tədbiri RİH başçısının müavini Ətayə Osmanova açdıqdan sonra Xocalı soyqırımının, o cümlədən torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və bu böyük faciəni, insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayət-- soyqırımı kimi dərin hüznlə yad edir. RİH-nin başçısı qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Torpaqlarımızın düşmən tapdağından tezliklə azad olunacağını deyən rayon rəhbəri Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müstəsna xidmətlərinin olduğunu, onun təşəbbüsü ilə bir çox ölkələrdə həyata keçirilən “Xocalıya Ədalət - Qarabağa Azadlıq!” beynəlxalq təbliğat kampaniyasının faciənin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığını vurğulayıb. Sonra Xocalıdan olan məcburi köçkünlərdən Qiyas Əhmədov və Kamal Məmmədov çıxış edərək Qəbələdə onlara göstərilən isti münasibətə və dövlət qayğısına görə minnətdarliqlarını ifadə ediblər. Tədbirdə şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Keçidlər