Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəliyi fəaliyyətə başlayıb.

21 fevral 2020 | 16:00

Ölkə başçısının 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, 20 fevral tarixində Qəbələ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəliyi fəaliyyətə başlayıb. Nümayəndəliyin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Bu xüsusda, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaqdır. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər. Açılış tədbirində Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin direktoru Teymur Alşanov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar. Cənab Prezidentin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyi vurğulanıb, gənclər bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət olunublar. Daha sonra tədbir iştirakçıları üçün Qəbələ rayonundakı Heydər Əliyev Mərkəzində nümayəndəlik üçün yaradılan şəraitlə tanış olunub. Eyni zamanda Mərkəzin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin, region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbir musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.

Keçidlər