Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Mirzəbəyli kəndində səyyar görüş-qəbul keçirilib.

21 fevral 2020 | 08:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti görüş-qəbulu Mirzəbəyli kənd sakinləri ilə keçirilib. RİH-nin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatları rəhbərlərinin və kənd sakinlərinin iştirak etdikləri görüşdə rayon icra hakimiyyətinin başçısı son illər Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi layihələrdən söhbət açıb. Qeyd edilib ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr icra olunur. Diqqətə çatdırılıb ki, görülən bütün bu işlər, həyata keçirilən tədbirlər yalnız bir amala -- əhalimizin yaxşı yaşamasına, insanlarımızın məşğulluğu üçün iş yerlərinin yaradılmasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.Son illər digər kəndlərimiz kimi bu yaşayış məntəqəsinə  də qaz xəttinin, asfalt yolun çəkildiyini, sakinlərin elektrik enerşisi və su təchizatının daha da yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü vurğulayan RİH-nin başçısı yaxın vaxtlarda daxili yolların hamarlanması, kəndin mərkəzindən keçən çayın yatağının qum-çınqıldan təmizlənməsi və sahilbərkitmə işləri ilə bağlı tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Sakinlər onlara göstərilən qayğıya,  rayonumuzda və Mirzəbəyli kəndində aparılan abadlıq-quruculuq işlərinə görə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Görüşdə çıxış edən kənd sakinlərindən Firudin Bəkirov, Əlikram Rəsulov, Ədlət Qaçayev, Dünyamalı Qaçayev və başqaları məktəb binasının əsaslı təmir olunmasını, içməli və suvarma suyunun təminatının daha da yaxşılaşdırılmasını, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsini xahiş ediblər. Görüşdə sakinlər tərəfindən verilən təkliflərin və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər