Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Xocalı faciəsi"nə həsr olunmuş tədbir keçirilmişdir.

21 fevral 2020 | 04:00

20 fevral 2020-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Xocalı faciəsi"nə həsr olunmuş tədbir keçirilmişdir. Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mərkəzin psixoloqu Z. Hüseynova açaraq, Xocalı faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra tədbir tələbələrin hazırladığı kompozisiya ilə davam etdi. Tədbirdə Mərkəzin direktoru, iqtisad elmləri namizədi Namik Muradov çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciəyə hüquqi qiymət Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövrünə verilmişdir. Dövlətimizin apardığı düzgün siyasət nəticəsində artıq dünyanın bir neçə ölkəsi Xocalı faciəsini soyqırım kimi tanımışdır. Tədbirdə Xocalı faciəsinə həsr edilmiş “Fəryad” filmi nümayiş etdirildi.

Keçidlər