Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklər" mövsüsunda seminar müşavirə keçirilmişdir.

15 yanvar 2020 | 06:00

Müşavirə Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixdə imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və həmin Qanunun tətbiqinə dair ölkə Prezidentinin 25 dekabr 2019-cu ildə imzaladığı Fərmandan irəli gələn vəzifələrə həsr olunmuşdur. Görüşü  açan 10 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Rübail Mirzəyev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun təkmilləşdirilir. Bu işlərin davamı olaraq, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib. Vurğulanıb ki, ədalətli rəqabət mühitinin formalaşdırılmasını təmin etmək üçün Məcəlləyə bir sıra stimullaşdırıcı maddələr əlavə olunub, qanunu bilərəkdən pozan, əvvəlcədən düşünülmüş şəkildə vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərinə tətbiq olunacaq sanksiyalar sərtləşdirilib. Sonra Vergilər Nazirliyinin şöbə rəisi Məmməd Quliyev Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri, iqtisadi hədəfləri və alətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Vergi Məcəlləsində edilmiş dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün aşağı salınması, sahibkarlıq fəaliyyətinin təşviq olunması, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin və  sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir. Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan M. Quliyev cari ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdırmışdır. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər