Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibətilə dəyirmi masa keçirilmişdir.

10 dekabr 2019 | 08:00

Qəbələ rayon Mədəniyyət Mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibətilə dəyirmi masa keçirilmişdir.Tədbir ümummilli liderin əziz xatirəsinin bir dəqqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan mədəniyyət mərkəzinin direktoru Malik Ağayev çıxışında bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman- zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət ümummilli lider səviyyəsinə yüksəlmişdir. Sonra çıxış edənlər mədəniyyət mərkəzinin təşkilatçı metodisti Natəvan Mürşüdova, bədii rəhbər Sahibə Dadaşova çıxışlarında bildirdilər ki, ümummilli liderimiz Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayir və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir.
Tədbir ulu öndərin söylədiyi müdrik kəlamla sona çatdı: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

Keçidlər