Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Xırxatala kəndində səyyar qəbul keçirilib.

14 noyabr 2019 | 04:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar görüş-qəbulu Xırxatala kəndində keçirilib. Rayon icra hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi görüş-qəbulu giriş sözü ilə açan RİH-nin başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb. RİH-nin başçısı görülən işlərlə yanaşı, digər yaşayış məntəqələri kimi rayonun Xırxatala kəndində də yaxın vaxtlarda yeni sosial layihələrin həyata keçirilməsinə başlanılacağını vurğulayıb. Görüş-qəbulda üç kəndi birləşdirən Həmzəli-Cığatelli-Xırxatala yolunun yenidən qurulacağı, ərazidəki çayın üzərində müasir körpü inşa ediləcəyi bildirilib. Yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsi ilə bağlı bütün zəruri addımlar atıldığını diqqətə çatdıran RİH-nin başçısı rayonun hər bir kəndində, eləcə də Xırxatala kəndində əhalini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davamlı olacağını qeyd edib. Sonra kənd sakinləri dinlənilib. Onlar çıxışlarında ölkədə və rayonda aparılan abadlıq-quruculuq işlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlərdən Məhəmmədiyə Məmmədov, Rahilə Rəşidova, Fəqani Hacıyev, Əsabəli Məmmədov, Əvəz Eyvazov, Mürşüd Səmədov, Sədayə Aslanova, Elton Xammədov və başqaları Xırxatala kəndinə qaz xəttinin çəkilməsinə, ərazinin sel sularından mühafizəsi ilə bağlı Bum çayında beton bəndin tikilməsinə, yeni salınan yaşayış massivində artezian quyusunun qazılmasına və kənd tam orta məktəbinin əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər. Sakinləri narahat edən məsələlərlə bağlı verilən sualları ətraflı cavablandıran RİH başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Keçidlər