Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dövlət Bayrağı günü münasibətilə Qəbələ Dövlət Rəsm Qalereyasında gənclərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuşdur.

08 noyabr 2019 | 04:00

Qəbələ Dövlət Rəsm Qalereyası Müstəqil Azərbaycanın Dövlət Bayrağı günü münasibətilə “ Mənim bayrağım mənim qürurumdur “ başlığı altında yeniyetmə gənclərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuşdur. Sərgini giriş sözü ilə qalereyanın baş fond mühafizi Təzəgül Nəsmiyeva açaraq bayraq haqqında tamaşaçılara məlumat verdi. Sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qəbələ rayon üzrə baş məsləhətçisi Nargilə Qafarova çıxış etdi. Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev bir rəssam kimi gənc rəssamlara uğurlar arzuladı. Qalereyanın bərpaçı rəssamı Jalə Fərziyeva iştirakçılara bu yolda müvəffəqiyyətlər arzu etdi. Asan Xidmətin nümayəndəsi Şahpar Eyyubov da bayraq günü münasibətilə hər kəsi təbrik etdi. Sonra Milli Üç rəngli bayrağımız musiqi sədaları altında sərgi salonuna gətirildi. Elşən Salehov Bayraq haqqında şeirlə çıxış etdi. Sonda sərgiyə baxış keçirildi. Sərgidə 39 yeniyetmə gəncin rəsm əsərləri nümayiş olunmuşdur. Sərgidə Mədəniyyət işçiləri, 3 və 4 saylı şəhər tam orta məktəbinin müəllim və şagird kollektivi, Asan Xidmət işçiləri və valideynlər iştirak etmişdir. Sərgi tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Keçidlər