Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Məlikli kəndində səyyar qəbul keçirilib.

23 oktyabr 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti görüş-qəbulu Məlikli kəndində keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. RİH-nin başçısı görüşdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən sosial-iqtisadi inkişafdan, aparılan islahatlardan söz açıb. O, son illər respublikamızın digər bölgələrində olduğu kimi Qəbələ rayonunda da tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, sosial layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, yaşayış məntəqələrinin qazlaşdırılması, yeni yolların çəkilməsi, müasir xəstəxana binasının, məktəblərin inşa edilməsi, əhalinin içməli su ilə təmin olunması, elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı müvafiq işlər görülür Həyata keçirilən quruculuq işlərinin fonunda Məlikli kəndinə də yeni asfalt yolun çəkildiyini, ərazidə artezian quyusunun qazıldığını, rabitə infrastrukturunda yenidənqurma işlərinə başlanıldığını qeyd edən RİH-nin başçısı bu istiqamətdə görüləcək işlərin genişləndiriləcəyini bildirib. Görüşdə çıxış edənlər Qəbələdə, o cümlədən Məlikli kəndində görülən işlərə və yaşayış məntəqəsinə çəkilən yeni, rahat asfalt yola görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Kənd sakinlərindən Dursun Göyüşov, İsrafil Məmmədov, Sövdiyar Baxışov, Bağdagül Göyüşova, Rövşən Hüseynov, Mehriban Rəsulova və başqaları tərəfindən kənd tam orta məktəbinin əsaslı təmir olunması, tibb məntəqəsi üçün yeni binanın tikilməsi, elektrik transformatorunun qoyulması, artezian quyusunun qazılması və əraziyə qaz çəkilməsi ilə əlaqədar təkliflər irəli sürülüb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev tədbirdə çıxış edərək vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilatlara müraciət olunacağını bildirib. Rayon icra hakimiyyətinin başçısı sakinlərin görüşdə qaldırdıqları məsələlərlə əlaqədar müvafiq təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verib.

Keçidlər