Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ regional Asan xidmət mərkəzinin birgə təşkilatçılığı ilə “18 oktyabr Milli Müstəqillik günü” adlı tədbir keçirilmişdir.

19 oktyabr 2019 | 06:00

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ regional Asan xidmət mərkəzinin birgə təşkilatçılığı ilə “18 oktyabr Milli Müstəqillik günü”münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı tədbir keçirilmişdir.Tədbirdə, Qəbələ UADM-in əməkdaşları, Qəbələ Regional “Asan xidmət” Mərkəzinin könüllüləri, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Qəbələ rayon Diyarşünaslıq müzeyinin işçi kollektivi, və Qəbələ rayon 1 saylı tam orta məktəbinin şagirdiləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə UADM-in direktoru Günel Ağayeva açaraq dövlətimizin müstəqillik uğrunda apardığı uzun, keşməkeşli mübarizə yolundan danışdı. UADM-in sosial iş üzrə mütəxəssisi Hökümə İsmayılova Azərbaycanın bir əsrdə iki dəfə müstəqillik qazanmasından söz açdı. Qeyd etdi ki,1918-ci ildə qazanılmış müstəqillik cəmi 23 ay yaşadı. 70 il sonra ikinci tarixi imkan yarandı və Azərbaycan ikinci şansını əldən verməyərək 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı“nı qəbul etdi. Toplantıda çıxış edənlər ümummilli lider Heydər Əliyevin xalqımızın xoşbəxt gələcəyinə, dövlətimizin qüdrətlənməsinə yönəlmiş müdrik siyasətini bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Sonda məktəbli uşaqların hazırladığı bədii kompozisiya dinlənilib, dövlət müstəqilliyinə aid video çarx nümayiş etdirilib.

Keçidlər