Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilimişdir.

18 oktyabr 2019 | 02:00

Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Qəbələ rayon tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında “18 oktyabr –dövlət Müstəqilliyinin günü”nə həsr edilmiş “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun orta ümumtəhsil məktəblərindən 22 nəfər yeniyetmə-gənc qatılmışdır.  17 oktyabr 2016-cı il tarixdə rayon İcra Hakimiyyətinin akt zalında müsabiqənin yekunu və qaliblərin mükafatlanma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov açaraq iştirakçıları salamlamış və müsabiqənin yekunlaşdığı barədə məlumat vermiş, müsabiqənin keçirilməsinin məqsəd və vəzifələri haqqında danışaraq bildirmişdir ki, inşa müsabiqəsinin keçirilməsində məqsəd gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasından ibarətdir. F.Soltanov bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. O dövrdən keçən müddət ərzində Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə  Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Tədbirdə müsabiqənin münsiflər heyətinin sədri Ruslan İsmayılov çıxış edərək müsabiqənin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirmiş və qalibləri təbrik etmişdir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülmüşdür. İnşa yazı müsabiqəsinin yekunlarına əsasən Zalam kənd tam orta məktəbin şagirdi Aytac Ağayeva I yer, Qəbələ şəhər 4 saylı tam orta məktəbin şagirdi Aysel Kərimova və Vəndam qəsəbə 1 saylı tam orta məktəbin şagirdi Bikəxanım Balayeva II yer, Zarağan kənd 1 saylı tam orta məktəbin şagirdi Gülay Ağarzayeva, Soltannuxa kənd tam orta məktəbin şagirdi Gülay Heydərova və Böyük Pirəlli kənd tam orta məktəbin şagirdi Rahilə Eyvazova III yerə layiq görülmüşlər. Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər