Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda poliatlon çoxnövçülüyü üzrə birincilikdə 32 komanda mübarizə aparıb

07 oktyabr 2019 | 16:00

Qəbələdə çağırışa qədər və çağırışyaşlı gənclər arasında “Vətənin müdafiəsinə hazıram!” devizi altında keçirilən poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinə yekun vurulub. Otuz iki komandanın iştirakı ilə keçirilən yarış Mirzəbəyli kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Əmirvan kənd və Qəbələ şəhər 3 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar gənclərin hərbi hazırlığını gücləndirmək, onlarda vətənpərvərlik hissini artırmaq məqsədi daşıyır. Yarışın açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından danışıb, komandalara uğurlar arzulayıb. Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən birincilikdə iştirakçılar 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma yarışlarında qüvvələrini sınayıblar. Birinci yeri tutan Mirzəbəyli kənd tam orta məktəbin komandası, eyni zamanda, respublika çempionatının zona mərhələsində iştirak etmək hüququ əldə edib. Qalib komandalar diplomlarla mükafatlandırılıblar.

Keçidlər