Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Beynəlxalq Müəllimlər Günü qeyd olunub.

04 oktyabr 2019 | 16:00

Oktyabrın 4-də Qəbələdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən təhsil şöbəsinin müdiri Arifə Bayramova ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, təhsil işçilərinin ötən dərs ilində əldə etdikləri nailiyyətlərdən, müəllimlərimizin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakından söz açıb və qazanılan uğurlarda təhsil işçilərinin də əhəmiyyətli rolu olduğunu diqqətə çatdırıb. Təhsil işçilərinin çətin əməyinin hər cür alqışa və mükafata layiq olduğunu qeyd edən natiq, müəllimlik peşəsini ən şərəfli və vacib peşə adlandırıb. Arifə Bayramova müəllim adının bütün zamanlarda uca və müqəddəs sayıldığını bildirib və bütün müəllimləri bu adın şərəfini daima yüksəltməyə, ölkəmizin inkişafı naminə hazırlıqlı şagirdlər yetişdirməyə səsləyib. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova müəllimləri peşə bayramları münasibətilə təbrik edib. Ölkəmizdə son illər milli təhsil sisteminin inkişafında həyata keçirilən islahatlardan danışan RİH başçısının müavini çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heyər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin digər bölgələri ilə yanaşı, Qəbələ təhsilinə də göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib. Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar və xatirə hədiyyələri verilib. Tədbir Zarağan kənd 2 nömrəli tam orta məktəb şagirdlərinin hazırladıqları bədii proqramla davam etdirilib.

Keçidlər