Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Beynəlxalq Ahıllar Günü qeyd olunub.

02 oktyabr 2019 | 00:00

Oktyabrın 1-də Qəbələdə Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, ulu öndərə öz dərin ehtiramlarını bildiriblər.Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev BMT-nin Baş Məclisi tərəfindən1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edildiyini və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i tarixinin bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunduğunu bildirib. Qeyd olunub ki, bu tədbirin beynəlxalq səviyyədə keçirilməsi ahıllara diqqət və qayğının artırılması məqsədini daşıyır. Ölkəmizdə 1993-cü ildən qeyd edilən Beynəlxalq Ahıllar Gününün ümummilli lider Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsi olduğu və onun 22 iyun 2001-ci il tarixdə imzaladığı “Ahıllara sosial xidmət haqqında” Qanunun yaşlı insanların problemlərinə həssas münasibət göstərilməsini stimullaşdırdığı vurğulanıb. Bu gün yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu deyən Arif Allahverdiyev “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı tərəfindən davamlı islahatlar həyata keçirildiyini bildirib. Tədbirdə çıxış edən rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev, ağsaqqallardan Vaqif Əzimov, Rəzi Seyidov və digərləri yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkə başçısının düşünülmüş, məqsədyönlü siyasətini hər zaman dəstəklədiklərini bildiriblər.

Keçidlər