Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda “Bilik günü” qeyd olunmuşdur.

16 sentyabr 2019 | 16:00

Yeni dərs ilinin başlaması ilə əlaqədar rayonun 68 ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunmuşdur. Toplantıda çıxış edənlər əlamətdar hadisə münasibətilə ictimaiyyət nümayəndələrinə öz təbriklərini çatdırmiş, ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan söz açmışlar. Diqqiətə çatdırılmışdır ki,  son illər Qəbələ rayonunda təhsil sahəsinə göstərilən qayğının əyani təzahürü olaraq  ümumilikdə 29 yeni məktəb binası inşa edilmiş, 6 modul tipli məktəb quraşdırılmış, 10 məktəb əsaslı təmir olunaraq istifadəyə  verilmişdir. Qeyd olunan  məktəblərin hər biri müasir texniki avadanlıqlara təchiz olunaraq kitabxanalar, idman zalları, fənn kabinələri, labaratoriyalar yaradıldığı, müasir kompüter dəstlərinin şagird və müəllimlərin ixtiyarına verildiyi səslənmişdir. Bildirilmişdir ki, yeni dərs ilində rayonda 80 yerlik Qaradeyn kənd tam orta və 20 yerlik Şəfili kənd ibtidai məktəbləri üçün modul tipli yeni məktəb binları quraşdırılmış, Həmzəlli kənd tam orta məktəbi təmir edilmiş, Mıxlıqovaq və Zarağan kənd 1 saylı tam orta məktəblərinin istismar müddəti bitmiş dam örtükləri yenisi ilə əvəz olunmuşdur. Digər məktəblərdə də cari təmir işlərinin aparıldığı bildirilmişdir. Tədbirdə çıxış edən müəllim, şagird və valideyinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər