Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Meksikalı pianoçu Xesus Lepe Qəbələ musiqisevərlərinin qonağı olub.

07 sentyabr 2019 | 16:00

Azərbaycanda səfərdə olan tanınmış meksikalı pianoçu Xesus Lepe respublikamızın regionlarına səfər proqramı çərçivəsində sentyabrın 6-da Qəbələ musiqisevərlərinin qonağı olub. Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilən konsertin əvvəlində rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, Qəbələdə beynəlxalq tədbirlərin, musiqi festivallarının keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb, bölgələrdə ilk konsertin bu şəhərdə təşkilinə görə Meksikanın ölkəmizdəki səfirliyinin rəhbərliyinə musiqisevərlər adından minnətdarlığını bildirib. Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini çıxış edərək, səfirliyin təşkilatçılığı ilə reallaşan silsilə konsertlərin musiqinin dili vasitəsilə iki xalqın yaxınlaşmasına töhfə vermək məqsədi daşıdığını söyləyib. Bildirilib ki, Meksikanın Azərbaycandakı səfirliyi ölkələrimiz arasında dostluq və mədəniyyət sahəsində əlaqələri genişləndirmək məqsədilə davamlı olaraq layihələr həyata keçirir. Səfir bildirib ki, bu, Qəbələnin Meksika mədəniyyəti ilə ilk tanışlığı, görüşü deyil. 2016-cı ildə meksikalı rəssam Marqarita Moralesin Qəbələdə sərgisi təşkil edilib. Bir il sonra Qəbələ sakinləri Meksikanın ənənəvi mətbəxinin bəzi təamlarının dadına baxmaq imkanı əldə ediblər. Diqqətə çatdırılıb ki, Qəbələdən əvvəl pianoçu Xesus Lepe Bakıda, Beynəlxalq Muğam Mərkəzində musiqisevərlərin qarşısında çıxış edib. Pianoçunun növbəti konserti sentyabrın 11-də Sumqayıt şəhərində olacaq. Konsertdə dünya şöhrətli bəstəkarlar Bax, Bethoven və Şopenin, həmçinin Meksikanın klassik musiqi ifaçılarından Xesus Belisario və Rikardo Kastronun əsərləri səsləndirilib. Pianoçunun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər