Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibləri Qəbələ rayonuna səfər ediblər.

07 sentyabr 2019 | 00:00

Gənclər və İdman və Xarici İşlər nazirliklərinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqələri keçirilir. Müsabiqədə iştirak etmək istəyən gənclər “Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycanın iqtisadi inkişafı”, “Azərbaycanın neft və qaz strategiyası”, “Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, “Azərbaycanın əhalisi, dili, adətləri və dini”, “Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, “Azərbaycan və digər ölkələr: tarixi əlaqələr” tematik mövzuları üzrə öz esse yazılarını təqdim ediblər. Müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsini xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyənləşdirmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır. Müsabiqənin yekunu olaraq ABŞ, Bolqarıstan, Efiopiya, Litva, Pakistan, Polşa, Serbiya, Uruqvay, Vyetnam və Yunanıstandan olan qaliblərə bölgələrin daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaradılıb. Bu məqsədlə Qəbələ rayonuna səfər edən müsabiqə qalibləri rayonun Çuxur Qəbələ kəndində olan Qəbələ Arxeoloji Mərkəzinə baxış keçirmiş, bölgənin turizm məkanları və adət-ənənələri ilə tanış olublar.

Keçidlər