Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

06 sentyabr 2019 | 04:00

Sentyabr ayının 5-də rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransın işində Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşı Əsgər Quliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİH başçısının müavini Ətayə Osmanova iştirak etmişlər. Konfransı giriş sözü ilə Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev açmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova konfrans iştirakçılarını salamlamış qarşıdan gələn təhsil ilində rayonun təhsil işçilərini təbrik etmiş, onlara bu dərs ilində də uğurlar arzulamışdır. Rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova 2018-2019-cu dərs ilinin yekunları növbəti dərs ilində qarşıda duran vəzifələr haqqında məruzə etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quliyev konfransdakı çıxışında Prezident İlham Əliyev başda olmaqla Respublikada təhsil sahəsində həyata keçirilən tədbirlərdən, təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan söz açmışdır. Əskər Quliyev eyni zamanda Qəbələ təhsil müəssisələrinin 2018-2019-cu dərs ilindəki fəaliyyətini təhlil etmiş, növbəti dərs ilində qarşıda duran vəzifələrdən danışmışdır. Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Bununla da rayon müəllimlərinin sentyabr konfransı öz işini başa çatdırmışdır.

Keçidlər