Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Yeni Dizaxlı kəndində səyyar görüş-qəbul keçirilib.

27 avqust 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Yeni Dızaxlı kəndində keçirdiyi növbəti görüş qəbulda kənd ictimaiyyətindən əlavə rayon hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə və əhaliyə göstərilən müxtəlif xidmətlərlə bağlı təşkilatların rəhbərləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev görüş-qəbul iştirakçılarını salamlamış, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rəhbər işçilərin bilavasitə yerlərdə əhali ilə keçirdikləri görüşlərin əhəmiyyətindən bəhs etmişdir. Başçı bu ilin ötən dövrü ərzində ölkədə və rayonda iqtisadi-sosial və quruculuq sahəsində həyata keçirilən layihələr barədə görüş iştirakçılarına məlumat vermişdir. Bildirmişdir ki, bu il əhalinin sosial rifahının yüksəldilməsi üçün çox böyük islahatlar aparılmışdır. Bu layihələr 4 milyondan çox ölkə vətəndaşını əhatə edir. Görüş-qəbulun iştirakçıları dövlət başçısının rəhbərliyi ilə ölkədə və rayonda iqtisadi və sosial sahədə həyata keçirilən tədbirlərin möhtəşəmliyini dərk etdiklərini bildirmiş, rəhbər işçilərin yerlərdə keçirdikləri görüş-qəbulları yüksək qiymətləndirmişlər. Bütün bunlara görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edən kənd sakinləri Mustafa Sovzuyev, Muxtar Aşıralıyev, Zahir Səfərçinov və başqaları kəndin içməli su ilə təminatının yaxşılaşdırılmasına, kənd yolunun asfaltlaşdırılmasına, işıq xətlərinin yenilənməsi işinin başa çatdırılmasına, kənddəki tam orta məktəbin əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər. Çıxışlarda qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər müəyyənləşdirilmiş, əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Keçidlər