Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri aparılır.

24 avqust 2019 | 01:00

Qəbələ rayonunda yeni 2019-2020 - ci tədris ilində 68 ümumtəhsil məktəbi o cümlədən 54 tam orta, 11 ümumi orta, 3 ibtidai sinif və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərəcək. Hazırda bütün tədris müəssisələrində yeni dərs ilinə hazırlıq işləri aparılır. Təhsil müəssisələrinin mövcud texniki vəziyyəti, dərslik və tədris avadanlıqları, məktəb binalarının fasiləsiz istilik sistemi və yanacaqla təmin olunması ilə əlaqədar monitorinqlər aparılıb, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq işlər görülüb. Məktəblərin yeni dərs ilinə hazırlanmasında və tədrisin keyfiyyətinin yüksəldilməsində şagirdlərin dərsliklərlə təmin olunması məqsədlə iyul ayında Təhsil Nazirliyi tərəfindən 151 adda 38610 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait verilmişdir. Hal – hazırda dərsliklərin məktəblərə çatdırılması prosesi gedir. Rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binası və əlavə sinif otaqlarının tikintisi, əsaslı və cari təmiri işləri xüsusi diqqət mərkəzindədir. Belə ki, rayonun Vəndam qəsəbə 2 saylı tam orta məktəb üçün 360 yerlik yeni binanın tikintisində müvafiq işlər aparılır, 80 yerlik Qaradeyn kənd tam orta və 20 yerlik Şəfili kənd ibtidai məktəbləri üçün modul tipli yeni məktəb binlarında işlər yükunlaşmaq üzrədir. Bundan əlavə Həmzəlli kənd tam orta məktəbinin müəyyən hissəsi və Məmmədağalı kənd tam orta məktəbinin binası əsaslı təmir edilmiş, Mıxlıqovaq və Zarağan kənd 1 saylı tam orta məktəblərinin istismar müddəti bitmiş dam örtükləri yenisi ilə əvəz olunmuşdur. Rayonun bütün məktəblərdə cari təmir işləri aparılır.

Keçidlər