Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Son üç ildə Qəbələ rayonunda 2 min hektardan çox yeni fındıq bağları salınıb

22 avqust 2019 | 00:00

Dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qəbələ rayonunda da davamlı iş aparılır. Belə ki, son üç ildə rayon ərazisində 2 min 137 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 247 hektara çatdırılıb.
Hazırda rayonda 4 min 827 hektar bar verən fındıq bağları var. Bir neçə gündür ki, fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 9 min tonadək fındıq yığılması gözlənilir.

Keçidlər